Zelenskidən ilk addım: Müdafiə naziri təcili qəbula çağırıldı

Poltorak bildirib ki, müdafiə naziri postundan getmək qərarını Zelenskiyə hələ mayın 19-u açıqlayıb, lakin inauqurasiyaya qədər rəsmi ərizəsini yaza bilməyib
Sputnik

BAKI, 21 may — Sputnik. Ukraynanın Müdafiə naziri Stepan Poltorak ölkə prezidenti Vladimir Zelenskinin çağırışı əsasında Prezident Administrasiyasına gəlib. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir. 

Ukrayna hökuməti istefaya getdi

Administrasiya daxil olmamışdan əvvəl Poltorak bildirib ki, müdafiə naziri postundan getmək qərarını Zelenskiyə hələ mayın 19-u açıqlayıb, lakin inauqurasiyaya qədər rəsmi ərizəsini yaza bilməyib.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edib. Azərbaycanı isə mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib.

Xatırladaq ki, Vladimir Zelenski Ukraynada keçirilən prezident seçkilərində seçicilərin 73,23%-nin səsini toplayıb. Onun rəqibi, hazırkı Prezident Pyotr Poroşenko isə 24,45% səs yığıb.