BAKI, 21 may - Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanla Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.