TƏHLİL

Təhsil müəssisələrinin publik hüquqi şəxs olması nəyi dəyişəcək - Ekspert şərhi

Təhsil eksperti Kamran Əsədov deyir ki, publik hüquqi şəxs olduqda müəssisələr həm maliyyə, həm idarəetmə muxtariyyətinə sahib olacaq
Sputnik

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Qərara görə, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin keyfiyyəti aşağı səviyyədədir:

“Bunun səbəblərindən biri idarəetmədə mobilliyin aşağı səviyyədə olmasıdır. Publik hüquqi şəxs olduqda isə belə müəssisələr həm maliyyə, həm idarəetmə muxtariyyətinə sahib olacaqlar. Bu status müəssisələrə istehsalatla məşğul olmağa imkan verəcək. Müəssisələr indiyə qədər dövlətin ayırdığı vəsait hesabına maliyyə balansını formalaşdırırdılarsa, artıq tabeliyində olan infrastruktur və kadr heyətindən istifadə edib, xidmətlər göstərəcək. Bununla da əmək haqları yüksələcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz