BAKI, 20 may — Sputnik. Tacikistanın qərbində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Respublikanın Ədliyyə nazirinin müavini Mancurcan Umarov deyib.
Cəzaçəkmə müəssisəsi paytaxt Düşənbədən 15 kilometr cənub-şərqdə yerləşən Vaxdat şəhərinin ərazisindədir. Ümumilikdə müəssisədə 1500 məhbus saxlanılır.
Bu gün baş verən üsyan artıq yatırılıb. İnsidentdə 29 məhbus iştirak edib. Onlardan 8 nəfəri həbsxana yoldaşları tərəfindən öldürülüb.
Bundan əlavə, qiyam zamanı 3 mühafizəçi də həlak olub.
Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qiyamı İŞİD terror təşkilatına üzlüyünə görə həbs olunan şəxslər törədiblər.