BAKI, 20 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Rusiyaya münasibətdə daha sərt siyasət yürütdüyünü deyib. Sputnik Azərbaycan bu barədə "Fox News" telekanalına istinadən xəbər verir.
"Heç kim Rusiyaya münasibətdə məndən daha sərt olmayıb" - deyə Tramp vurğulayıb.
O, həmçinin qeyd edib ki, əgər Hillari Klinton ABŞ lideri olsaydı, Rusiya Prezidenti Vladimir Putin üçün vəziyyət daha asan olardı.