BAKI, 20 may — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti insan alveri ilə mübarizəyə dair video-çarx hazırlayıb və vətəndaşlara xəbərdarlıq edib.
Sputnik Azərbaycan Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, vətəndaşlar, əsasən, işədüzəltmə firmaları; moda agentliyi; nikah agentliyi; turizm agentliyi; internet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; qəzet və televiziya vasitəsi ilə elanlar; tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər; xаrici аgеntliklər tərəfindən təкliflər və əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təklifləri ilə insan alveri qurbanına çevrilir.
Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 "qaynar xətt"i insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə məlumat-məsləhət xidməti göstərir. "Qaynar xətt" həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.