“Bu mövsüm dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayının 20-30 faiz artacağı gözlənilir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
Ekspert bildirib ki, bu il Avropa, Ərəb, Orta Asiya ölkələrindən, hətta Yaponiya, Çin kimi ölkələrdən də turistlərin ölkəmizə üz tutan turistlərin sayında artım olacağı proqnozlaşdırılır:
“Bu gün azərbaycanlı turistlər ən çox üz tutduğu ölkə Türkiyədir. Bundan başqa Rusiya və Avropa ölkələrinin müalicəvi sanatoriyalarına gedən turistlər də kifayət qədərdir”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz