BAKI, 19 may — Sputnik. Hər növ ilanın zəhərinin özünə uyğun zərdabı var. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş toksikoloqu bildirib.
Onun sözlərinə görə, bu zərdablar bahadır və uzun müddət qalmır.
"Onlar xüsusi şəraitdə soyuducuda, xüsusi temperatur rejimində saxlanılmalıdır. Bu səbəbdən də təcili yardım avtomobillərində onların olması mümkün deyil. Avtomobillərdə zərdab saxlamaq mümkün deyil" – deyə toksikoloq bildirib.
O, əlavə edib ki, toksiki maddələrdən zəhərlənənlər reanimasiya olan mərkəzlərə aparmaq lazımdır.
Həkimlər bildirir ki, müalicəyə erkən başlanılsa, zərdabsız da insanı xilas etmək mümkündür.