HADİSƏ

Lerikdə itkin düşmüş şəxsin meyiti tapılıdı

Faktla bağlı araşdırma davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 may - Sputnik. Lerik rayonu ərazisində kişi meyiti tapılıb. Sputnik Azərbaycan-ın  bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, 4 ay öncə itkin düşən 1979-cu il təvəllüdlü Tatoni kənd sakini Abil Rəvvaq oğlu İsmayılovun cəsədi rayonun Mistan kəndi ərazisində aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.