BAKI, 17 may - Sputnik. Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, təxminən 30-35 yaşlı qadın rayonun Muğanlı kəndində qarın nahiyəsindən bıçaqlanmış halda xəstəxanaya yerləşdirilib.
Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.
Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünü bıçaqlayıb və elə bıçaq qarnına xəstəxanaya gətirilib.
Faktla bağlı araşdırma aparılır.