Rusiyalı qadın ölkənin ikinci şəxsinin istefasına səbəb oldu

Ştraxenin yerini Nəqliyyat naziri Norbert Hofer tutacaq
Sputnik

BAKI, 18 may — Sputnik. Avstriyanın vitse-kansleri rusiyalı milyoner qadınla görüşdüyü üçün istefaya gedir.

Nazarbayev istefa verdi

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, vitse-kansler Xayns Kristian Ştraxe rusiyalı qadınla seçkilərə dəstək barədə müzakirələrin əks olunduğu video yayımlandıqdan sonra istefaya gedir.

Məlumata görə, bu video Avstriya Auditorlar Məhkəməsinin əleyhinə olan mümkün gizli əməliyyatları göstərir.

Bildirilir ki, Ştraxenin yerini Nəqliyyat naziri Norbert Hofer tutacaq.

Xatırladaq ki, qalmaqallı video yayılandan sonra Avstriya müxalifət partiyası yeni seçkilər və Ştraxenin istefasını tələb edirdi.