BAKI, 17 may — Sputnik. Tayvanda eynicinsli nikahlar leqallaşdırılıb. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Tayvan parlamenti Asiyada ilk dəfə olaraq eynicinsli nikahlar barədə qanun qəbul edib.
Xatırladaq ki, 2017-ci ildə ölkənin Konstitusiya Məhkəməsi parlamentə bu qanunu qəbul etmək üçün iki il müddət vermişdi.
Tayvan uzun müddətdir ki, Asiyada LGTB hüquqlarının müdafiəsi üzrə lider hesab edilir. Burada hər il gey-paradlar keçirilir.
2016-cı ildə hakimiyyətə gələn Tayvan prezidenti Tsay İnven qeyd etmişdi ki, onun partiyası eynicinsli nikahları dəstəkləyir. O, bu məsələ ilə bağlı müvafiq qanun hazırlanacağına söz vermişdi.