Sürücülərə xəbərdarlıq olunur

Axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq
Sputnik

BAKI, 16 may — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Mərdəkan yol qovşağından Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağına kimi, həmçinin Fətəli xan Xoyski küçəsində axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.