HADİSƏ

Gömrükdə qanunsuzluq faktı ortaya çıxıb

Hazırda faktla bağlı araşdırmalar aparılır
Sputnik

BAKI, 16 may — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Gömrükdə qanunsuzluq faktı ortaya çıxıb

Dövlət Gömrük Komitəsindən (DGK) Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin baqajındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 183 ədəd manometr və 48 ədəd manometrə aid hissələr, 29 ədəd avtomobil ehtiyat hissələri, 48 ədəd metal boru və 48 ədəd elektrik cihazı aşkarlanıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.