CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi mallara gömrük rüsumu ləğv edildi - Futbolla bağlı

Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.
Sputnik

BAKI, 16 may — Sputnik. Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib.

Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.