HADİSƏ

Yasamalda avtomobil yanıb

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub
Sputnik

BAKI, 16 may — Sputnik. Bakı şəhərinin Yasamal rayonunda "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.