Avropa İttifaqının qərarının tətbiqinə başlanıb

Mühərrik gücü 900 Vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir
Sputnik

BAKI, 16 may — Sputnik. 2013-cü ildən Avropa İttifaqı tərəfindən tozsoranlar üçün enerji etiketinin tətbiqinə başlanıb. Sputnik Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, etiketin üst hissəsi enerji məhsuldarlıq sinfini və orta hesabla enerji istehlakını, alt hissəsi isə tozsoranlar üçün satınalma qərarına əsas verən önəmli göstəriciləri əks etdirir.

Nazirlik diqqətə çatdırır ki, 2017-ci ildən Avropada motor gücü 900 Vattdan yuxarı olan tozsoranların satışına icazə verilmir və daha az enerji istifadə edən tozsoranlara üstünlük verilir.