İnanılmaz: Doğuşa qədər hamilə olduğunu bilməyib

"Həkim mənə dedi ki, 69 saatdır səndə doğuş sancıları başlayıb, mən isə hamilə olduğumu bilmirdim"
Sputnik

BAKI, 15 may — Sputnik. İngiltərədə qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qadın tam 9 ay ərzində hamilə olduğunun fərqinə varrmayıb.

O, hamilə olsa da, bu müddət ərzində hərbi dərslərdə iştirak edirmiş. 18 yaşlı Bet Martin xüsusi kurs keçərək sərhəd qoşunlarında işə düzəlmək istəyib.

Bir gün məşqdən sonra qarın boşluğunda kəskin ağrı hiss edən qadın təcili yardıma zəng edib. Həkim onu müayinə edən zaman qadının uşaq dünyaya gətirdiyini anlayıb, onu təcili xəstəxanaya yerləşdiriblər. Nəticədə bir qız övladı dünyaya gəlib.

"Həkim mənə dedi ki, 69 saatdır səndə doğuş sancıları başlayıb. Mən isə hamilə olduğumu bilmirdim. Neçə dəfə hamiləliyə görə test etmişəm, hamısı neqativ çıxıb" - Martin deyib.

"Etiraf edim ki, heç vaxt uşaq istəməmişəm. Amma indi özümü qızımsız təsəvvür edə bilmirəm. Qohumlarım öncə mənim uşaq dünyaya gətirməyimə inanmadılar, daha sonra sevindilər" - o əlavə edib.