Dini məkandan oğurluq olub, həm də qəribə şəkildə

Oğrular sədəqə üçün yığılmış pulu aparmaqla kifayətlənməyiblər
Sputnik

BAKI, 15 may — Sputnik. Türkiyənin Adana şəhərində qəribə olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, oğrular pəncərəni qıraraq "Quran" kursları keçirilən məkana daxil olublar.

Onlar içəridə sədəqə üçün yığılan 500 Türk lirəsini oğurlayıblar. Lakin dərhal da ərazini tərk etməyiblər. Pulları götürdükdən sonra mətbəxə keçərək, hazırlanmış yeməkləri yedikdən sonra məkandan ayrılıblar.

Artıq polis tərəfindən onların axtarışlarına başlanılıb.