BAKI, 15 may — Sputnik. "ABŞ mövqeyindən dönmədikcə, danışıqlar aparılmayacaq və İranın qəti seçimi müqavimətdir".
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edərkən deyib.
"Bizim iradəmiz daha güclüdür. İranın qəti seçimi ABŞ-a qarşı müqavimətdir və bu mübarizədə ABŞ geri çəkilmək məcburiyyətində qalacaq. Bu, hərbi mübarizə deyil, çünki heç bir müharibə olmayacaq" – deyə Əli Xamenei bildirib.
"ABŞ-ın bu gün istədiyi İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmaqdır" – deyə Xamenei bildirib.