Rusiyada güclü zəlzələ

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib
Sputnik

BAKI, 15 may — Sputnik. Rusiyanın Cənubi Kuril adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İturup adasından 140 kilometr cənubda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Şıkotan adasında yerləşən yaşayış məntəqəsinin sakinləri zəlzələni 3 bala qədər hiss ediblər.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.