HADİSƏ

İran-Azərbaycan əlaqələrinə "töhfə" vermək istəyən şəxsə qarşı əməliyyat keçirilib

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır
Sputnik

BAKI, 14 may — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Düz bağırsağında Azərbaycana 4 bağlama narkotik gətirmək istədi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanılıb.

Həmin şəxsdən 119 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.