HADİSƏ

Paytaxtın mərkəzində sürücülər çətin anlar yaşayıb

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülüb
Sputnik

BAKI, 14 may — Sputnik. Bu gün axşam saatlarına doğru Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Paytaxtın mərkəzində sürücülər çətin anlar yaşayıb

Məlumata görə, bu səbəbdən də Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Svetoforlarda yaşıl dalğa tətbiq edilib.