“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göstərdiyi fəaliyyətə görə MDB məkanında bir nömrəli donor ölkəyə çevrilib”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov deyib.
Seymur Hümbətov bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 85 rayon, 8 regional mərkəzi mövcuddur:
“Biz baş idarə olaraq yerlərdəki fəaliyyətlə bağlı hesabatları qəbul edirik, ancaq hansısa humanitar yardım etmirik. Onu da qeyd edim ki, Cəmiyyətin fondlarının artırılması üçün marketlərdə yardım qutuları quraşdırılıb. Buradan yığılan vəsait ehtiyacı olan şəxslərə verilir. Yardımlar təhsil sahəsində ehtiyacı olan şəxslərə, həmçinin səhhətində problem olanlara rəsmi müraciət əsasında edilir”.
Seymur Hümbətovun fikirlərinə audio faylda qulaq asa bilərsiniz