CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-da iki təyyarə toqquşdu, ölənlər var

Alyaska ştatında iki dəniz təyyarəsi toqquşub
Sputnik

BAKI, 14 may — Sputnik. ABŞ-ın Alyaska ştatında iki dəniz təyyarəsinin toqquşması nəticəsində ölən və yaralananlar olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 10 nəfər isə yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərdən biri pilot, digər 4-ü sərnişin olub. Sərnişinlərdən birindən isə hələ də xəbər yoxdur.