HADİSƏ

Şimal bölgəsində gözlənilməz "qonaq": Vurdu, tökdü, getdi - VİDEO

Gün ərzində başlayan və 6-7 dəqiqə davam edən proses sakinləri gözlənilməz şəkildə yaxalayıb
Sputnik

Sputnik Azərbaycan, Leyla Abdullayeva

BAKI, 13 may — Sputnik. Bu gün Respublikanın Şimal bölgəsinə dolu yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, dolu Xaçmaz rayonu ərazisini tutub.

Gün ərzində başlayan və 6-7 dəqiqə düşməkdə davam edən dolu rayon sakinlərini gözlənilməz şəkildə yaxalayıb. Təbiət hadisəsi əkin-biçin sahələrinə, fərdi təsərrüfatlara ziyan vurub.

Əməkdaşımıza danışan rayon sakini İlyas Əliyevin sözlərinə görə, qəfil başlayan dolu həm əkin sahələrinə, həm də meyvə ağaclarına zərər verib. Belə ki, yetişməkdə olan meyvələr zədələnib, yerə dağılıb, ağacların yarpaqları tökülüb.

Əkin sahələrindəki tərəvəzlər də doludan "payını" alıb.