CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra rayonların sakinlərinə xoş xəbər

Səyyar ASAN xidmət bəzi rayonlarda xidmət göstərəcək
Sputnik

BAKI, 13 may — Sputnik. Səyyar ASAN xidmət 22 aprel–21 may Kürdəmir, Xırdalan və Beyləqanda, 1–25 may Şabran, Lənkəran, Ağdaş, Xaçmazda, 1–30 may Yevlax və Zaqatalada, 10 may–8 iyun tarixlərində isə Tovuzda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan "ASAN xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir: 

"ASAN xidmət"dən mühüm elan

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.