İlham Əliyev Fuad Ələsgərovun barəsində sərəncam verib

Fuad Ələsgərov Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisidir
Sputnik

BAKI, 13 may — Sputnik. Prezident İlham Əliyev Fuad Ələsgərovu mükafatlandırıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov "Şöhrət" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, F.Ələsgərov Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiridir. Milli Məclisin mərhum sədri Murtuz Ələsgərovun oğludur.