Qonşuluğumuzda zəlzələ olub

Dağıntı və tələfatla bağlı hələlik məlumat verilmir
Sputnik

BAKI, 13 may — Sputnik. İranda 4,1 bal gücündə zəlzələ baş verib. Sputnik Azərbaycan İran mətbuatına istinadla xəbər verir ki, zəlzələ Fars əyalətinin Künartahta rayonunda olub.

Hadisə bu gün yerli vaxtla 10.11-də yerin 18 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfatla bağlı hələlik məlumat verilmir.