BAKI, 12 may - Sputnik. "Danışır Moskva" radistansiyasının baş redaktoru Sergey Dorenko bu gün dəfn edilməyəcək. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Bunun səbəbi polisin Dorenkonun nəşinin onun əyat yoldaşına verilməsinə qoyduğu qadağadır. DİN-in Moskvanın Mərkəzi İnzibatı Dairəsi üzrə İstintaq İdarəsinin rəsmisi Baxtin tərəfindən imzalanmış əmrdə cəsədin bir daha tibbi ekspertizadan keçiriləcəyi bildirilir.
Polis bu qərarı Dorenkonun birinci nikahdan olan qızları - Kseniya və Yekaterinanın şikayəti əsasında qəbul edib. Qızları Dorenkonun zəhərləndiyini iddia edirlər.
Sergey Dorenko mayın 9-da 59 yaşında vəfat edib. Mayın 10-da isə onun qohumları arasında münaqişə yaranıb. Uşaqları onun dəfnini, arvadı isə yandırılmasını tələb edib. Uşaqlar yandırılmaının qətlin izini itirmək üçün lazım olduğunu bildirirlər.