Notr-Dam kilsəsi ilə bağlı inanılmaz təklif irəli sürüldü

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq
Sputnik

BAKI, 11 may — Sputnik. Vinsent Callebaut Arxitektura Bürosu maraqlı məlumat yayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, büro əməkdaşları Parisdəki məşhur Notr-Dam kilsəsi təmir edilən zaman onun damında meditasiya üçün bağ salınmasını təklif edirlər.

Şeyxülislamdan kilsə yanğınına reaksiya: "Ürəyim ağrıdı"

Layihənin rəhbəri Vinsenta Kelbo binanın damında bağça salınmasının real olduğunu iddia edir. Günəş enerjisi ilə qızdırılacaq bağçada yetişdirilən meyvə və tərəvəzlər isə kasıblara paylanacaq. Bunlar kilsənin qüllələrində olacaq.

Təxmin edilir ki, salınacaq bağdan ildə 21 ton meyvə və tərəvəz məhsulu əldə olunacaq. Həmin məhsullar elə kilsənin yaxınlığında kasıblara paylanacaq. Bağçada könüllülər işləyəcək.

Xatırladaq ki, Nort-Dam-de-Pari kilsəsi aprelin 15-də yanıb. Nəticədə, kilsənin damının 2/3-si və qüllələri dağılıb.