HADİSƏ

Tros qırıldı, kran fəhlənin üstünə düşüb öldürdü

Siyəzən rayon sakini 1969-cu il təvəllüdlü Cəbiyev Ramiz Ağamalı oğlu qaldırcı kranla qalxaraq binanın istilik borusunu təmir edirmiş
Sputnik

BAKI, 11 may – Sputnik. Ötən gün Bakıda fəhlə bədbəxt hadisəninin qurbanı olub. Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində baş verib.

Belə ki, Siyəzən rayon sakini 1969-cu il təvəllüdlü Cəbiyev Ramiz Ağamalı oğlu qaldırcı kranla qalxaraq binanın istilik borusunu təmir edirmiş. Kranın trosu qırıldığından fəhlə yerə çırpılıb. Bu zaman qaldırıcı kran onun üzərinə düşüb. 
R.Cəbiyev hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.