Beyni burnunda yerləşən uşaq doğulub – FOTO

Müayinə zamanı məlum olub ki, uşaqda entsefalotsele – anadangəlmə kəllə və beyin inkişafı çatışmazlığı var
Sputnik

BAKI, 11 may — Sputnik. Pakistanda dünyaya gələn uşaq beyin yırtığından əziyyət çəkir.

Beyni burnunda yerləşən uşaq doğulub – FOTO

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaq burnunda şiş ilə dünyaya gəlib. Zaman keçdikcə həmin şiş böyüməyə başlayıb. Müayinə zamanı məlum olub ki, uşaqda entsefalotsele – anadangəlmə kəllə və beyin inkişafı çatışmazlığı var. Bu xəstəlik zamanı beyin maddəsinin bir hissəsi kəllə sümüyündən kənara çıxır.

Beyni burnunda yerləşən uşaq doğulub – FOTO

Həkim Paza Xarun bildirib ki, hazırda analizlərin cavabını gözləyirlər: “Ondan sonra uşağa necə tibbi yardım göstərəcəyimiz haqda düşünəcəyik. Analizlərin cavabı müsbət olarsa, biz onu əməliyyat edəcəyik”.

Beyni burnunda yerləşən uşaq doğulub – FOTO

Valideynlər bildirib ki, həkim müayinələrinə çox miqdarda pul xərcləsələr də, nəticə olmayıb. Onlar bütün vəsaitlərini buna sərf ediblər.

Beyni burnunda yerləşən uşaq doğulub – FOTO

Uşağın anası bildirib ki, burunun üstündə olan şiş uşağa əziyyət verir və o, burnunda şiş olduğu üçün ətrafı yaxşı görə bilmir.

Həkimlər hazırda uşağı tibbi müayinələrdən keçirirlər.