Pompeo Putinlə görüş üçün Soçiyə gedir

Pompeo mayın 13-ü Birləşmiş Ştatların Moskvadakı səfirliyinə baş çəkəcək
Sputnik

BAKI, 10 may — Sputnik. ABŞ dövlət katibi 12-14 may tarixlərində Moskva və Soçiyə səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti xəbər yayıb.

Məlumata əsasən, Pompeo mayın 13-ü Birləşmiş Ştatların Moskvadakı səfirliyinə baş çəkəcək. Daha sonra o Soçiyə gedəcək. Mayın 14-ü Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.