MƏDƏNİYYƏT

Prezident mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd ayırdı – SİYAHI

Təqaüd alacaq şəxslərin arasında məşhur xadimlərin adları var
Sputnik

BAKI, 10 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Prezidentin fərdi təqaüdü verilir:

Abdullayev Ağasəlim Sahib oğlu

Ağamalızadə Müzəffər Məmməd İbrahim oğlu

İslamzadə Akif Qədir oğlu

Quliyeva Səidə Əbülfəz qızı

Mütəllimova Firəngiz Bəhər qızı

Nərimanova Zemfira Əli qızı

Rəhimli İlham Əziz oğlu.