CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

"Onları ac saxlayıb tankın altına yemək qoyurdular, bunu ona təlqin etməklə sonrakı mərhələdə itin üzərinə özüpartlayan bomba bağlayıb buraxırdılar"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Son zamanlar it dişləməsi ilə bağlı mediada yayılan xəbərlər bu vəziyyətdən təcili çıxış yolu axtarmağa vadar edir. Kimisi bu heyvanların öldürülməsini tələb edir, kimisi də başqa çıxış yolları təklif edir.

Əlbəttə, bu hadisələrin fonunda it sevənlər onların hüquqlarının qorunmasından yana mövqe nümayiş etdirirlər. Sputnik Azərbaycan-ın həmsöhbəti, Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov ilə də bu kimi problemlərdən çıxış yolu və onun fəaliyyəti haqda söhbətləşdik. Bir az rəsmi, bir az qeyri-rəsmi...

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- Gəlin, elə ilk olaraq təlimçi kimi fəaliyyətinizdən danışaq...

- Gömrük işinin təşkili ilə bağlı tədris prosesində hüquqpozmalarla bağlı müəyyən məlumatlar əldə edirdim. Bütün bu biliklər mənə cəlbedici görünürdü. Daim düşünürdüm ki, görəsən, axtarış prosesində itləri necə öyrədir, onlarla necə davranırlar. Azərbaycan Beynəlxalq Universitetinin "Gömrük İşinin təşkili" fakültəsini bitirdikdən bir müddət sonra, 2004-cü ildən təlimçi kimi fəaliyyətə başlamışam. İlk xidməti axtarış itim rus banieli cinsində olub. "Ben" ləqəbini qoyduğum bu itlə 2 ildən artıq müddətdə müxtəlif əməliyyatlarda, təlimlərdə oldum. Mənə təhkim olunmuş digər it isə alman çoban iti cinsindən idi. Ona "Linda" ləqəbini qoymuşdum.

- Əvvəllər xidməti itlər cəzalandırılırdı. Bu üsul düzgündürmü?

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- İtlər də xaraktercə müxtəlifdir. Ona görə də hər bir itə fərdi yanaşmaq lazımdır. Elə itlər var ki, çox aqressivdir. Yaxud da elə itlər var ki, çox mülayimdir. Onların qorxaq, inamsız, özünə güvənli olmayanları da var. Bizim xidmətə isə mülayim, mehriban, yüksək iyduyma qabiliyyətli itlər yararlıdır. Lakin onları heç zaman cəzalandırmırıq. Çünki bu, düzgün yanaşma deyil. 20-ci əsrin əvvəllərinədək itlər cəzalandırılırdı. Xüsusən də zoopark və sirklərdə belə heyvanlara qarşı müxtəlif cəza tədbirlərindən isitfadə edilirdi. Artıq bu üsuldan istifadə edilmir. Çünki cəza ilə nəyəsə nail olmaq mümkün deyil. Ümumiyyətlə, nəyəsə nail olmaq üçün mütləq elmi araşdırmalara əsaslanmaq lazımdır. Biz də hər zaman bunu etməyə çalışırıq. Alimlər sübut ediblər ki, yetkin itin düşüncə tərzi 2-3 yaşlı uşağın düşüncə tərzi ilə eynidir. Yaxud da, digər araşdırmalarda isə itlərin iybilmə lampasının insandakından üç dəfə böyük, beyinlərinin isə 10 dəfə kiçik olduğu sübuta yetirilib.

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- İndi də itlərə qarşı bəzi amansızlıqlar var. Bəs, o zamanlar necə idi?

- 20-ci əsrin elə bir müharibəsi yoxdur ki, orada itlərin əməyindən istifadə edilməsin. O zamanlar itlər öndə gedərək təhlükəni hiss etməklə hərəkətləri ilə müəyyən işarə vermis olurdular. Bundan başqa, itlərdən müharibələrdə xərəklərin daşınmasında da istifadə edilirdi. İtləri ac saxlayıb tankın altına yemək qoyurdular. İt ac qalırdı və bilirdi ki, yeməyi tankın altında olacaq. Bunu ona təlqin etməklə sonrakı mərhələdə itin üzərinə özüpartlayan bomba bağlayırdılar. İtlər isə yem almaq üçün düşmən tankının altına getməli olurdu. Bunlar xoş hal olmasa da, tarixdə baş verib.

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- İşiniz çətindirmi?

- Elə olur ki, səhər 8-dən axşam 8-dək işdə oluram. Bizə rəhbərlikdən komanda veriləndə ki, iş vaxtı bitib, o zaman evə gedirik. Amma bəzən polis orqanları axşam vaxtı bizi axtarışa dəvət edir. Dəfələrlə bu cür əməliyyatlarda olub, evlərin axtarışında iştirak etmişik. Fövqəladə hal olduqda isə işə gəlib yoxlama qrupunu da əraziyə cəlb etmişəm. Bu, həm bizim işimiz, həm məsuliyyətimiz, həm də vicdan borcumuzdur. Çünki bu qədər axtarışları həyata keçirtməklə nə qədər insanın həyatını xilas etmiş oluruq.

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- İstəyərdim ki, təlimçi olduğunuz müddətdə başınıza gələn maraqlı bir əhvalatı danışasınız.

- Təlimçi olduğum vaxtda, səhər saatlarında xidməti itimlə müvafiq əraziyə yollandım. Artıq yükünü boşaltmış boş avtomobillər İran İslam Respublikası istiqamətinə gedirdi. Gördüm ki, xidməti itim özünü fərqli aparır, narahatdır. İti xaltasından ayıranda o, mənim əlimdən fərqli formada sıçrayıb boş avtomobillərin birinə yaxınlaşdı, dayanmadan bir neçə dəfə onun ətrafında dövr elədi. Amma həmin avtomobil bir qədər əvvəl tərəfimizdən boşaldıldığı üçün geri qayıtmağa istiqamətlənmişdi. İtin həyəcanını görüb ona istiqamət verəndə daha da aktivləşdi. Nəticədə avtomobilin içində, yuxarı hissədə ilkin təəssüratda tək görünən, iç-içə olan, yeşiklərdən birində bir neçə hind toyuğu əti aşkarlandı.

Başqa bir maraqlı əhvalat da baş vermişdi. Bələdçi iti təmizləyəndə onun telefonu düşmüşdü və həmin telefonu it udmuşdu. Çünki top kimi hərəkətə olan hər şey itin diqqətini çəkir.

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- İtlərə qulluğa da nəzarət edirsiz?

- Bizim doğru bildiyimiz səhvlər var. Məsələn, çoxu elə bilir ki, iti soyuq suda çimizdirmək olar. Mən isə göstəriş verirəm ki, itlər çimizdirilən kimi dərhal qurudulmalıdır. O da bizim kimi canlıdır, soyuq çəkir. Məhz bu səbəbdən də itlərdə müxtəlif xəstəliklər yaranır. Bir əhvalat danışım: Bir dəfə itlərdən birində nasazlıq hiss etdik. Gördük ki, qızdırır. Belə müəyyənləşdirdik ki, itin qida menyusu dərhal dəyişdirilməlidir. Biz onlara fərd kimi baxıb, yerlərini də vaxtaşırı dezinfeksiya edirik. Çalışırıq ki, əsasən quru yemlərdən istifadə edək. Hətta itlərin yemlərinin tərkibinin müəyyənləşdirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edirik. Çünki itin enerjili olması, axtarışı lazım olan səviyyədə yekunlaşdırması üçün onun qida menyusu çox önəmlidir.

- İstəyərdim, son zamanlar gündəm olan hadisə haqda danışasız. Bir azyaşlının itin hücumuna məruz qalması bu sahədə əməli addımların atılmasının təxirəsalınmaz olduğunu göstərdi. Kimisi dedi, "öldürək", kimisi isə müxtəlif variantlar təklif etdi. Siz nə deyirsiz?

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- Gərək ki, öncədən bu cür hadisələrin qarşısını almaq üçün hərəkətə keçə, itləri çipləyib onları peyvəndləyərdilər. Onlar canlıdır. Canlını öldürmək isə düzgün deyil. Çünki təbiətdə hər bir canlının özünəməxsus rolu var. Nəinki iti, elə pişiyi incitsən, o da cırmaq atacaq. Onda pişikləri də öldürək? Bundan başqa, iti öldürməklə də heç bu problemi həll etmək mümkün olmayacaq. Azərbaycanda bu problemi həll etmək üçün ilk növbədə onların bir çoxunu axtalamaq, bu işlə məşğul olan təşkilat və qurumlar yaratmaq lazımdır. Xaricdə, hətta belə şəxslər həmin o kimsəsiz heyvanları axtalayıb, peyvəndlədikdən sonra onların satışını da həyata keçirirlər. Bu heyvanların dırnaqlarında olan mikrobların yayılmasına biz səbəbkar oluruq. Zibili hara gəldi, atırıq və itlər, pişiklər həmin natəmiz yerlərdə qidalanır. Xaricdə isə belə heyvanlar üçün xüsusi hotellər fəaliyyət göstərir.

"İtləri öldürməklə problemi həll etmək mümkün deyil, başqa çıxış yolu var"

- Son olaraq hansı axtarışlara başlamısız?

- Biz artıq dollar əsginasının axtarışlarına başlamışıq. Kağız pulların hazırlanmasında istifadə olunan rənglərin avro, dollar və manatın iyi fərqlidir. Axtarışa görə taktikalar da fərqlidir. Bir var yük maşını axtarırsan, bir də var ki, əl yükü axtarırsan.