CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtovağzalda sərnişinlər üçün yeni xidmət

Sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər
Sputnik

BAKI, 10 may — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb.

Avtovağzalda sərnişinlər üçün yeni xidmət

Sputnik Azərbaycan  Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər. Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib. Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamaları xahiş olunur.

Qeyd edək ki, hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq.