Yenə də qaçqın faciəsi – 70 nəfər dənizdə batdı

Qayıqda olan 16 nəfər xilas edilib
Sputnik

BAKI, 10 may — Sputnik. Aralıq dənizinin Tunis sahillərində miqrantları daşıyan qayıq batıb.

Sputnik Azərbaycan Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, fəlakət nəticəsində ən azı 70 miqrant batıb.

Qayıqda olan 16 nəfər isə xilas edilib.

Ölənlərin sayının artacağı istisna olunmur.