"Şeytan çıxarma" kursları açıldı

Bir kursun qiyməti 771 manat təşkil edir
Sputnik

BAKI, 9 may — Sputnik. Son günlər seks və zorlama qalmaqalları ilə bağlı yayılan xəbərlərdən dolayı sıxıntılı günlər keçirən Katolik kilsəsi yeni bir prosesə başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bəzi ölkələrdəki Katalok kilsələri "şeytan çıxarma" kursları açıb.

Vatikan tərəfindən təsdiqlənən kurslar bir həftə davam edəcək. Bir kursun qiyməti bizim valyuta ilə 771 manatdır.

Katolik kilsəsinin təşkil etdiyi "şeytan çıxarma" kurslarında rahiblər yer alacaq. Kurslarda pis ruhlarla mübarizə aparan şəxslər öz təcrübələrini danışacaqlar.

Kurslar mayın 7-dən etibarən İtaliyanın paytaxtı Romada fəaliyyətə başlayıb.