Göyərçin radara düşüb

Hadisə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub
Sputnik

BAKI, 9 may — Sputnik. Almaniyada qəribə hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Boholt şəhərində göyərçin radara düşüb.

Belə ki, yolda sürət həddi 30 km/saat icazə verildiyi halda, göyərçin həmin yolda 45 km/saat sürətlə uçub. Nəticədə yolda quraşdırılan radara düşüb.

Göyərçin radara düşüb

Həmin hadisə və bununla bağlı paylaşılan şəkil sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri zarafatla quşun 25 avro cərimə ödəyəndən sonra artıq o surətlə uçmayacağını yazıblar.