BAKI, 9 may — Sputnik. Dünyanın ən qorxunc zəhərinin zərdabı tapılıb.
Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, dünyanın ən dəhşətli zəhəri ilan və əqrəb deyil, dəniz arısı adlanan Avstraliya meduzasının zəhəridir.
Bu meduza Avstraliya və İndoneziya sahillərində yaşayır. Onun zəhəri 60 nəfəri öldürməyə çatır. Meduza 5 metr böyüklüyündədir və onun bədəni maviyə çaldığı üçün suda görünmür.
Meduzanın ifraz etdiyi neyrotoksin zəhər dərhal sinir sisteminə, ürəyə və dəriyə təsir edir. Zəhər çox güclüdür və sürətlə təsir edir. Belə ki, o, 4 dəqiqə ərzində qurbanını öldürür.
Alimlərin bu zəhərin insan hüceyrələrinə təsirini araşdırıb. Məlum olub ki, meduza zəhərinin insan orqanizmində yayılmasına kömək edən xolesterindir. Alimlər dərman preparatları ilə bu xolesterinə təsir edərək zəhərin insan orqanizminə yayılmasının qarşısını almağa çalışıblar.
Siçan və insan hüceyrələri üzərində edilən testlərdə antidot zəhərinin qarşısını alıb.
Təcrübə sübut edib ki, potensial antidotu dəriyə çəkməklə zəhərlənmənin qarşısını almaq mümkündür. Alimlər zəhərə qarşı bu zərdabın spreyini də yaratmağı düşünürlər.