İNFOQRAFİKA

Cəbiş müəllim böyük kəşfiyyatçı Rixard Zorge haqqında

Faşizm üzərində qələbə günündə "Bizim Cəbiş müəllim" layihəsi həyatını faşizmlə mübarizəyə həsr eləmiş görkəmli kəşfiyyatçı Rixar Zorgenin faciəvi taleyindən bəhs edir.
Sputnik

XX əsrin ən böyük kəşfiyyatçılarından biri olan Rixard Zorge faşizm üzərində qələbəyə az əmək sərf eləməyib. 1895-ci ildə Bakıda doğulmuş Zorge Birinci Dünya Müharibəsində Almaniyanın tərəfdən vuruşsa da, sonra sovet kəşfiyyatına işləməyə başlayıb.

Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və müharibə dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş Zorge Ramzay ləqəbindən istifadə edib. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Sputnik Azərbaycanın "Bizim Cəbiş müəllim" layihəsinin növbəti buraxılışında böyük kəşfiyyatçının qabiliyyətlərindən, unikal iş üsullarından və onun faşizmlə mübarizəyə verdiyi töhfələrdən danışılır.