BAKI, 9 may - Sputnik. Türkiyənin qərbində yerləşən poladəritmə zavodunda 80 ton maye polad açıq sahəyə axıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
İnsident İzmirin Aliağa rayonundakı Habaş zavodunda baş verib. Xəsarət alan 11 nəfərdən 4-nün vəziyyəti ağırdır. 7 nəfər isə yerində kömək göstərilib.