BAKI, 9 may - Sputnik. Rusiyanın məşhur jurnalisti Sergey Dorenko yol qəzasında həlak olub. Bu barədə REN TV məlumat yayıb.
Məlumata əsasən, o motosikletlə gedərkən qəzaya uğrayıb. Qəzaya səbəb kimi jurnalistin özünü qəflətən pis hiss edərək idarəetməni itirməsi və yıxılması göstərilir.
Sergey Dorenko "Danışır Moskva" radiostansiyasının baş redaktoru idi. O 1959-cu ildə Kerçdə anadan olub. Rusiyanın mərkəzi telekanallarında aparıcı və icmalçı işləyib.