HADİSƏ

Masallıda ata 2 yaşlı oğlunu öldürüb

Məhəbbət Qasımov idarə etdiyi Ford markalı avtomobili yaşadığı evin həyətinə park edərkən 2 yaşlı Musa Qasımovu vurub
Sputnik

BAKI, 9 may – Sputnik. Masallı rayonunda körpə ehtiyatsızlıqdan dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, hadisə Qarğalıq kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Məhəbbət Qasımov idarə etdiyi Ford markalı avtomobili yaşadığı evin həyətinə park edərkən 2 yaşlı Musa Qasımovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.