HADİSƏ

Yenə dəhşətli qəza xəbəri aldıq: Ölənlər və yaralılar var

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadası cəlb olunub
Sputnik

BAKI, 8 may — Sputnik. Şəmkir rayonunun Qaracəmilli kəndində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb.

Hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroabtobus aşaraq deformasiyaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər ölüb 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.