Paşinyan gözlənilən tarixi açıqladı

Ermənistanın baş naziri görüş tarixi barədə danışıb
Sputnik

BAKI, 8 may — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfər edəcəyi tarixi açıqlayıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Paşinyan qeyd edib ki, Rusiya Prezidenti oktyabrın 1-də Ermənistana gələcək. O, həmçinin vurğulayıb ki, Putinlə birgə Avrasiya İqtisadi Şurasının digər ölkələrinin liderləri də Ermənistana səfər edəcəklər.