Ordumuzun döyüş qabiliyyətinin artırılması yönündə tədbirlər görülür - VİDEO

Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir
Sputnik

BAKI, 8 may — Sputnik. 2019-cu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Qeyd edək ki, silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismarı hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasına xidmət edir.