HADİSƏ

İki yük avtomobili toqquşub

Avtomobildə olan şəxsin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb
Sputnik

BAKI, 8 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Ucar rayonunda "QAZ" və "Ford" markalı iki yük avtomobili toqquşub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.