İQTİSADİYYAT

Dünya dollardan imtina edə biləcəkmi - Ekspert şərh edir

İqtisadçı-ekpert Natiq Cəfərli deyir ki, dollardan imtinanın əvəzində nə olacaq məsələsi daha çox düşünülməlidir
Sputnik

“Dollardan imtina haqqında fikirlər siyasi bəyanatlardan uzağa gedə bilmir”. Bunu Sputnik Azərbaycan-a dollardan imtina haqqında danışarkən iqtisadçı-ekpert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, hazırkı şəraitdə dollardan imtina etmək asan məsələ deyil:

“Dollar beynəlxalq iqtisadi müstəvidə güclü mövqeyə malikdir. Ona görə də dollardan imtinanın əvəzində nə olacaq məsələsi daha çox düşünülməlidir. Milli valyutalarla ticarət əməliyyatlarının aparılması iş adamları üçün problemlər yaradır. Bu problemlərdən uzaq durmaq üçün müqavilələrdə dollar və avrodan istifadəyə üstünlük verirlər. Yaxın gələcəkdə dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm. Amma orta və uzaq perspektivdə elektron valyutaların dolları əvəz edə bilmək ehtimalı yarana bilər. Bir şərtlə ki dünya dövlətəri həmin valyutaları qəbul etsinlər. Bu zaman dolara qarşı yeni bri sistem qurula bilər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz